Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Əlibaba Məmmədovun ailəsi 16 minlik məzar daşından narazıdır- VİDEO

Əlibaba Məmmədovun ailəsi 16 minlik məzar daşından narazıdır- VİDEO

Xalq artisti Əlibaba Məmmədov ötən ilin fevralında dünyasını dəyişdi və Fəxri Xiyabanda torpağa tapşırılıb.

Üzərindən 1 ildən çox vaxt keçib,  amma sənətkarın məzarının üstü  hələ də götürülməyib.

Xalq artistinin qızı Rəksanə Məmmədli deyir ki, atasının qəbir daşının hazırlanması üçün dövlət tərəfindən 16 min manat pul ayrılıb.

Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti də bu eskizi hazırlayaraq, onlara göstərib, lakin ailə ilə trest ortaq məxrəcə gələ bilməyib.

Hazırki vəziyyət xalq artistinin qızını çox narahat edir. Hətta, son olaraq  martın 29-u atası Əlibaba Məmmədovla bağlı Beynəlxalq Muğam Mərkəzində  təşkil olunan xatirə gecəsinə getməkdən imtina edib.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən bildirildi ki, bunun üçün  trestə 16 000 manat pul ayrılıb:

“Sənətkarın ailəsinə məlumat verilib, lakin ailə ödənilən məbləğlə razılaşmayıb”

Qurumun məlumatına görə, həmin vəsait digər məzar daşlarına da şamil olunur, yəni bu məsələdə heç bir ayrıseçkilikdən söhbət gedə bilməz.

Əlibaba Məmmədovun qızı Rəksanə Məmmədli razılaşdığı təqdirdə həmin məzar daşının qoyulması dərhal təmin olunacaq.

Daha ətraflı süjetdə:

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …