QEYD: Bu gündən etibarən 10may.az saytında prezident İlham Əliyevin komandasında təmsil olunan simaların siyasi portiretlərini dərc etməyə başladıq. İlk yazımız isə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur.

 

 Atılan ilk addım  

Siyasi  fəaliyyətinə elə Yeni Azərbaycan Partiyasından başlayan Əli Həsənov hakimiyyətin ən etibarlı simalarından biri hesab edilir. Hələ Moskvada təhsil aldığı zamanlarda təqaüdə çıxmış Heydər Əliyevin yaxın çevrəsinə daxil olan Əli Həsənov, Bakıya qayıdandan sonra da Heydər Əliyev tərəfdarlarının yanında yer aldı. YAP-in Yasamal rayon təşkilatında aktivlik göstərən Əli Həsənov qısa müddət də yuxarı dairələrin diqqətini cəlb edə bildi və bununla da siyasi fəaliyyətinin daha peşəkar mərhələsi başladı.

Siyasətdə ilk uğur

Prezident admnistarsiyasında fəaliyyətə başlayan Əli Həsənovun bu günkü uğurunun ilk əsasları   1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini olan zaman qoyuldu. Qeyd edək ki, 1995-1996-cı illər də hakimiyyət daxilində ciddi qruplaşmalar yaranmışdı. Düzdür bu qrupların hər biri özlüyündə Heydər Əliyevə sədaqətlin idilər. Amma faktiki qruplaşmalar mövcud idi və qruplar arasındakı savaş açıq müstəviyyə keçmişdi. Elə bir şərait yaranmışdı ki, hansısa qruplaşmaya daxil olmadan mövqeləri qorumaq mümkün deyildi. Əli Həsənov isə bunu bacardı. Hər bir qruplaşma ilə eyni məsafədə dayanmağı bacaran Əli Həsənov artıq Heydər Əliyevin də diqqətini cəlb edə bilmişdi. Çünki qruplaşmalara qoşulmayan şəxslərə Heydər Əliyevin xüsusi simpatiyası  olurdu. Əli Həsənovun buna görə siyasətdə ilk uğuru məhz qruplaşmalardan kənarda qalması oldu. 1996-cı ildə bu yanaşmasına görə Əli Həsənov  Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifəsinə təyin olundu.

eli-2

Siyasi partiyalar və media

Artıq Əli Həsənov daha ciddi və məsuliyyətli bir işə başlamışdı. Onun qarşısında siyasi partiyalar və media ilə işləmək dururdu. Bunu da qeyd edək ki, 11996-cı il də Azərbaycanda mətbuatın böyük bir hissəsi müxalifətin nəzarətində idi, müxalif partiyalar da siyasi proseslərə daha ciddi şəkil də təsir edə bilirdilər. Bu qədər güclə Əli Həsənovun bacaracağı o qədər də inandırıcı görünmürdü. Amma Əli Həsənov daha maraqlı yol seçdi. İlk növbə fikir ayrılığına görə qatı müxalif mövqe tutan güclərlə iqtidar arasında loyallığın yaranmasına nail oldu. İstər rəsmi, istər fərdi görüşlər bu məsələ də mühüm rol oynadı. Bunun davamı olaraq Əli Həsənov sözsüz ki, prezident Heydər Əliyevin tapşırığı ilə yeni mərhələyə start verdi. Müxalifətin mətbuatı olduğu kimi dövlət qəzetlərindən kənarda yeni mətbu orqanlar təsis edildi. Bununla da balans yaratmaq mümkün oldu. Bu proses siyasi partiyalara da şamil edildi. Artıq YAP meydanda onlarla siyasi partiya ilə təkbaşına mübarizə aparmırdı. Bu Əli Həsənovun siyasətdə növbəti qələbəsi oldu.

Etibarlı dost mühiti

O, siyasi gücü artdıqca, ətraf mühitindən imtina etmədi. Əli Həsənovun uğur qazanmasının başqa bir səbəbi də məhz bu oldu. Əli Həsənov fəaliyyət göstərmək üçün icraçıların həm də etibarlı və yaxın dost olmasına xüsusi fikir verdi. Bir zamanlar Heydər Əliyevin təşəbbüsü ilə Rusiyanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı simaları bir araya toplaya bildi. Bununla da qarşılıqlı inam və etibar mühitində fəaliyyət dairəsi genişləndi. Qeyd edək ki, bu günün özündə də bu şəxslər hakimiyyət də təmsil olunurlar və kifayət qədər nüfuza malikdirlər. Həm də ona görə ki, bu komanda korrupsiyadan kənarda dayana bildi.

eli-3

Heydər Əliyev və İlham Əliyev sədaqəti

Əli Həsənovun bu günə qədər öz mövqeyini qoruyub saxlaya bilməsinin və prezident köməkçisi kimi mühüm bir vəzifəyə təyin olunması, məhz etibarlılığın göstəricisidir. Korrupsiya bataqlığından kənarda qalan və bu günün özündə də birincinin göstərişindən kənara çıxmaması ən mühüm amillərdən biridir. Bunun isə başlıca səbəbi kənd səmimiyyəti ilə elitarlığın vəhdəti oldu. Bundan başqa zaman-zaman müxalifətlə hakimiyyət arasında körpü rolunu oynayan məmurların əksəriyyəti sonda hansısa səbəbdən müxalifətlə öz oyunlarını qurmağa çalışdılar və buna görə cəzalandırıldılar. Amma Əli Həsənov heç vaxt qırmızı xətti keçmədi və onun üçün əsas priroritet məsələ qarşıya qoyulan məqsədlər idi.

Psixoloji keyfiyyətləri

Əli Həsənov məğlubiyyəti sevməyən və qələbə qazanmaq üçün zamanı gözləməsi onun melenxolik psixoloji insan tipindən çox uzaq olduğunu sübut edir.Əli Həsənovda daha çox fleqmatik və xolerik tiplər üstünlük təşkil edir.  Ünsiyyət qurma, qarşıdakını inandırma qabiliyyətinə görə onun bir çox komplekslərdən azad olduğunu demək mümkündür.Başqa maraqlı bir psixoloji keyfiyyəti isə özünmüdafiyəyə o qədər də üstünlük verməməsidir. Çünki həddindən artıq özünmüdafiə sonda pataloji qorxu və yorğunluq yaradır. Əli Həsənov isə ağır əməliyyatdan sonra da fəaliyyətində süstlüyə yol vermədi.

Eli-Hesenov-aile

Parçalanmaz ailə birliyi

Əli Həsənovun uğur qazanmasının başqa bir səbəbi də sözsüz ki, milli dəyərlərə hörmətlə yanaşan, müasirliklə ənənələri özündə birləşdirən bir ailəyə sahib olmasıdır. Bu günə qədər məmurlar üçün ən ciddi problemlərdən biri övladlarının idarəolunmaz həddə çatmalarıdır. Amma bu günə qədər Əli Həsənovun ailə üzvləri ilə bağlı hər hansı nöqsanlı bir söz belə eşidilməyib. Həyat yoldaşı Sona xanım Vəliyeva isə bKaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri,Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü və”Kaspi” qəzetininin təsisçisidir. Eyni zamanda Sona xanımın bu günə qədər bir neçə şerlər kitabı və romanı çap olunub. Yəqin kii, əlavə şərhə ehtiyac yoxdur.

Eldəniz Elgün