Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Əli Həsənovun kürəkəni Azərbaycandan gedib: ailəsindən küsdüyü deyilir

Əli Həsənovun kürəkəni Azərbaycandan gedib: ailəsindən küsdüyü deyilir

Baş nazirin müavini Əli Həsənovun ötən ilin avqustunda Bakıda ağır yol qəzası törədən nəvəsi Nail Elman oğlu Allahverdiyevlə bağlı yeni faktlar üzə çıxıb.

AFN demokrat.az-a istinadən xəbər verir ki, hazırda həbsdə olan Nail Allahverdiyevin atası, iş adamı, Əli Həsənovun kürəkəni Elman Allahverdiyev Azərbaycandan gedib.

Hazırda Almaniyada yaşayan Elman Allahverdiyevin ailəsindən küsülü olduğu iddia olunur. Onun 2017-ci il avqustun 3-də paytaxtın Nərimanov rayonu ərazisində oğlu Nail Allahverdiyevə məxsus “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən az sonra Azərbaycanı tərk etdiyi deyilir.

Qeyd edək ki, hazırda Abşeron rayonunun Novxanı qəsəbəsində Elman Allahverdiyevə məxsus olan bir neçə biznes obyekti də işini dayandırıb.

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …