Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Əli Həsənovun komandası agentliyin fəaliyyətinə kölgə salmağa çalışır”

“Əli Həsənovun komandası agentliyin fəaliyyətinə kölgə salmağa çalışır”

“Əli Həsənovun vaxtında Qeyri-Hökumət Təşkilatlarına ayrılan vəsait eyni insanlara gedirdi, səfərlərdə də həmin şəxslər iştirak edirdi. Bu qurumlar da nə hesabat verir, nə də ciddi fəaliyyət ortaya qoya bilirdilər. 44 günlük Vətən müharibəsində də bu qurumlar ciddi işlə yadda qalmadılar”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında İslahatlara Dəstək Mərkəzinin sədr müavini Vasif Məmmədov bildirib.
 
O, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinə müxtəlif formalarda təsir cəhdləri edildiyini dilə gətirib:
 
“Əli Həsənovun komandası öz işinə davam edir. Bir müddət əvvəl Prezidentin əmrinə əsasən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradıldı. Bu qurumda yeni simalar, fəaliyyət istiqamətləri görürük. Əli Həsənovun kadrları bu qurumda yer ala bilmirlər. Agentlik Əli Həsənovun vaxtında yaranan boşluğu doldurmağa çalışır, yeni meyarlar müəyyənləşdirir. Təəssüf ki, hələ fəaliyyətinin əvvəlində olsa da, “köhnə komanda” agentliyə müxtəlif formada təsir göstərməyə çalışır. Əli Həsənovun komandası agentliyin fəaliyyətinə kölgə salmağa, fərqli formalarda mənfi təsir göstərməyə çalışırlar. Bu, ölkədə davam edən islahatlara, siyasətə kölgə salmaq cəhdləridir”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …