Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Əli bəy Hüseynzadənin 91 ildən sonra Azərbaycana gətirilən arxivi – VİDEO

Əli bəy Hüseynzadənin 91 ildən sonra Azərbaycana gətirilən arxivi – VİDEO

Əli bəy Hüseynzadə Azərbaycanın üçrəngli şanlı bayrağının qəbul edilməsində böyük xidmət göstərmiş tarixi şəxsiyyətlərdən biridir. “Türk qanlı, İslam imanlı, Avropa qiyafəli olalım” şüarı bayraqdakı üç rəngin açmasıdır. Bu ideya 1895-ci ildə Əli bəy Hüseynzadə tərəfindən verilib. Azərbaycan Respublikasının dövlət bayrağı haqqında ilk hökumət qərarı isə 1918-ci il iyunun 21-də verilib. Ondan sonra Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyası dövlətçilik düsturu kimi formalaşıb.

Əli bəy Hüseynzadə irsini tədqiq edən alimlərin verdiyi bilgiyə görə, bu böyük şəxsiyyət uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində iz qoyub. 20-ci əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri var.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …