Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / ƏLİ ABBASOVUN QOHUMU HƏBS OLUNDU – Şirkət rəhbəri qanunsuz dərman satırmış

ƏLİ ABBASOVUN QOHUMU HƏBS OLUNDU – Şirkət rəhbəri qanunsuz dərman satırmış

Bakıda qadağan olunmuş dərmanlar satmaqda ittiham edilərək həbs edilən şirkət rəhbərinin məhkəməsi keçirilib.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsiri olan dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.
İş üzrə daha iki nəfər- Xatirə İmaməliyeva və Aidə Cəfərova da təqsirləndirilən şəxslərdir.

Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən şəxslərdən Xatirə İmaməliyeva və Aidə Cəfərova barəsində şərti cəza çıxarılıb. Natiq Qasımov isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bildirək ki,təqsirləndirilənlərdən Natiq Qasımov özünü qismən, Xatirə İmaməliyeva ilə Aidə Cəfərova isə özlərini təqsirli bilmədiklərini deyiblər.
N.Qasımov həbs edilməsinin səbəbi kimi göstərilən dərmanların lisenziyasının olub-olmadığından xəbərsiz olduğunu bildirib. O, özünü Cinayət Məcəlləsinin 240-cı (güclü təsiri olan maddələrin satışı) maddəi ilə təqsirli bildiyini deyib. Əlavə edib ki, həmin dərmanların reseptlə satıldığından xəbərsiz olub.
Məhkəmədə o da məlum olub ki, N.Qasımovun həyat yoldaşı da qanunsuz dərman satışında ittiham edilib.

Qeyd edək ki, N.Qasımov “Çinar Pharmaceuticals” MMC-nin təsisçisi və faktiki rəhbəri olub.

Картинки по запросу Çinar Pharmaceuticals

Təqsirləndirilən qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər və barələrində həbs-qətimkan tədbiri seçilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıblar.
Bu iş üzrə yayılan rəsmi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edilib.

İstintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan – hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda – 1 qutu “Benzilbenzoat”, 1 qutu “Chondrocsil GEL 100 ml”, 3 qutu “MGK Baralqin № 100″, 1,5 qutu “Silentex N 30″, 1 qutu “İmunitex N 30″, 21 konvalyut “Mukaltin 50 mq № 10″, 22 konvalyut “Dimedrol 50 mq № 10″, sertifikatı olmayan 13 adda – 5 qutu “Bonaksim 1 qr N 1″, “Auqmentin suspenzia 70 ml № 1″, 1 qutu “Amitriptilin 25 mq № 50″, 2 qutu “Nirofen 200 mq N 24″, 1 qutu “Uprofloksain 02 % 100 ml № 1″, 7 konvalyut Difenin 117 mq № 10″, 1 qutu “Dilatrent 12,5 mq № 30″, 1 qutu “Triamzur Kompozitum 37,5 mq № 50″, 2 qutu “Korinfar 10 mq № 100″, 3 qutu “Validol 50 mq № 40″, 1 qutu “Preduktal MR 35 mq № 60″, 1 qutu “Streptosit 5% 30 q Liniment” və 5 qutu “Nurofen S 3x 100 ml № 1″ adlı dərman preparatları aşkar edilərək götürülüb.

Картинки по запросу rabitə naziri Əli Abbasovu

Qeyd edək ki, N.Qasımovun sabiq rabitə naziri Əli Abbasovun qohumudur.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …