Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Əli Əlizadə Pakistanlı nazir Xurram Dastgir Xan ilə görüşdü…

Əli Əlizadə Pakistanlı nazir Xurram Dastgir Xan ilə görüşdü…

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının ticarət naziri Xurram Dastgir Xan ilə görüşmüşdür.

Görüşdə hər iki ölkənin bir-birinə mütəmadi göstərdiyi dəstək, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkənin rəhbərlərinin önəmli rolu, H.Əliyev Fondunun Pakistanda həyata keçirdiyi müxtəlif hümanitar və sosial yönümlü layihələr haqqında söhbət açılmış, bu cür isti və səmimi münasibətlərin fonunda iqtisadi və ticari əlaqələrin daha da artırılmasının önəmi vurğulanmışdır.

Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf, xarici investorlar üçün yaradılan münbit şəraitdən, sənaye şəhərcikləri və investisiya parklarının fəaliyyətindən, digər iqtisadi və ticari imkanlar haqqında məlumat verən səfir Əli Əlizadə, bu şəraitdən pakistanlı iş adamlarının daha çox istifadə edə biləcəyini bildirmişdir. Pakistanın iqtisadi göstəricilərinin də son illər ərzində artdığını bildirən Əli Əlizadə , Pakistanın qardaş ölkə olması baxımından, eləcə də ərazi və əhalisinin böyüklüyünə görə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu qeyd etmişdir.

Nazir Xurram Dastgir Xan 2016-cı ilin yanvar ayında Davosda, ozünün də şahidi olduğu Pakistanın Baş naziri ilə Azərbaycan Respublikasının Prezidenti arasında qardaşlıq şəraitində keçirilmiş səmimi görüşü xatırlamış, iki ölkənin rəhbərlərinin bu səviyyədə dostluq və qardaşlıq münasibətlərindən istifadə etmək gərəkdiyini, iki ölkə arasındakı ticari və iqtisadi potensialın olduqca böyük olduğunu qeyd etmiş, səfirə fəaliyyətində uğurlar arzulamışdır.

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın