Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Əkrəm Həsənov Ramin Qurbanovu tənqid etdi: “Kitab oxumamaları bir tərəfə, Avropaya bu qədər gedib-gəlirlər…”

Əkrəm Həsənov Ramin Qurbanovu tənqid etdi: “Kitab oxumamaları bir tərəfə, Avropaya bu qədər gedib-gəlirlər…”

“Avropada bizi təmsil edən qabaqcıllardan sayılan hakim Ramin Qurbanov deyir ki, videokonfrans formatında keçirilən məhkəmə prosesləri çətinliklər üzə çıxarıb. Məsələn? Cəmi bir misal gətirib: Hakim qərarı elan edəndə hamının qanuna uyğun olaraq ayağa qalxması mümkün olmur. Buna görə də qanuna dəyişiklik etmək lazımdır. İndi özünüz baxın görün ki, bizdə məhkəmə islahatları necə də etinasız, plansız, elmsiz və sistemsiz aparılır.

Bunu ekspert Əkrəm Həsənov deyib.

“Axı söhbət hansısa gözlənilməz problemdən getmir. Ayağa qalxmağın problem olacağını və buna görə də qanuna dəyişiklik edilməsini qabaqcadan düşünmək belə çətin idi? Elmlər doktoru necə olublar ki, xarici təcrübəni öyrənməyiblər hələ də? Kitab oxumamaları bir tərəfə, Avropaya bu qədər gedib-gəlirlər axı, oradakı təcrübəni niyə bilmirlər? İndi hər dəfə bir balaca problem çıxacaq deyə, videokonfrans formatında məhkəmə proseslərinə həsrət qalacağıq? 1 ilə yaxındır ki, pandemiyaya görə ölkədə ədalət mühakiməsi iflic vəziyyətə düşüb. Vaxtında elektron məhkəmə sistemini normal və sürətli qursaydılar, indi bu problem olmazdı. Amma hətta indi də belə ləng işləyirlər. Niyəsini də hamımız bilirik: Bəzilərinə videokonfrans şəklində olacaq şəffaf məhkəmə prosesləri sadəcə sərf etmir. Odur ki, elə uzadırlar imkan daxilində” – Ə.Həsənov qeyd edib.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …