Ana səhifə / Cəmiyyət / Əkrəm Həsənov: “Erkəyi kişi olmayan cəmiyyət ölümə məhkumdur”

Əkrəm Həsənov: “Erkəyi kişi olmayan cəmiyyət ölümə məhkumdur”

“Bu gün Müstəqillik gününü qeyd edən Ukraynada artıq 6 aydır ki, müharibə gedir. Gözlənilməz müharibə! Ukrayna müharibənin olacağına inanmırdı. Rusiya isə ukraynalıların müqavimət göstərəcəyinə və Qərbin ona qarşı sərt sanksiyalar tətbiq edəcəyinə. Qərb Rusiyanın belə dayanıqlı və inadkar olacağını gözləmirdi. Şərq isə xristian dünyasının belə sürətlə zəifləməyə başlamasını gözləmirdi! Bəli, nəticədə xristian dünyası tələyə düşüb. Şücaət göstərən Ukrayna böyük itkilər verir və faktiki olaraq bu dövlətin nə vaxtsa tam özünə gələcəyi sual altındadır. İncik Rusiya günü-gündən zəifləyir və perspektivdə parçalanma təhlükəsi qarşısındadır. Riyakar Qərb isə ən çox sevdiyindən – var-dövlətdən məhrum olur! Beləliklə, xristian, daha doğrusu postxristian (orada dindən əsər-əlamət, demək olar ki, yoxdur) dünyası yaxın onilliklər ərzində liderliyi əldən vermək ərəfəsindədir”.

Bunu ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, onsuz da postxristian dünyası ailə institutunu tədricən itirdikcə və qadınlar kişiləri dabanaltı məxluqa çevirdikcə (tarix göstərir ki, erkəyi kişi olmayan cəmiyyət ölümə məhkumdur, çünki dövlətin əsası zordur, bunu isə yalnız kişilər yaxşı bacarır, demokratiya da yalnız o zaman səmərəlidir ki, bu, kişilərin demokratiyasıdır; qadınlarını lazım olan qədər doğuzdurmaq iqtidarında olmayan kişilər düşmənə necə qalib gələ bilər axı?!) o cümlədən demoqrafik problemlər ucbatından məhvə doğru gedirdi: “İndi isə bu proses xeyli sürətlənib. Üçlüyü sevən xristianlar arasındakı Üçüncü dünya müharibəsi sonuncudur! Təbii, burada udan Şərqdir (vuruşan tərəflərin hamısı Şərqdə dəstək axtarır!). Ənənəvi dəyərlərə, ailə institutuna, kişilərin hökmranlığına əsaslanan cəmiyyətlər. Simvolikdir ki, hətta Qərbin ən sevimli oyuncağı – futbol üzrə dünya çempionatı da bu il Şərqdə keçiriləcək. Burada da 3 əsas qüvvə var: Çin, Hindistan və İslam dünyası. Həm demoqrafik, həm də iqtisadi baxımdan onlar liderlik uğrunda mübarizəyə başlayıb. O cümlədən postxristian dünyasının bölünməsi üzrə, o cümlədən tədricən daxildən ələ almaqla. Bəzi postxristian ölkələrində konkret kimin üstünlüyə malik olması da indidən bəllidir. Məsələn, İngiltərədə Hindistanın mövqeyi daha güclüdür. Rusiyada isə müsəlmanların. Ümumən isə bu mübarizədə Çin və Hindistanın İslam dünyası üzərindəki üstünlüyü vahid dövlətin olmasıdır. Çinin Hindistan üzərindəki üstünlüyü cəmiyyətin daha monolit olmasıdır. Amma Hindistanın da öz üstünlüyü var: qabaqcıl Qərb resurs və texnologiyalarına daha rahat çıxış və sahiblik. İslam dünyasının hər ikisi üzərində üstünlüyü isə güclü ideoloji bazanın (dinin) olmasıdır. Ərəb və ya türk birliyinin qlobal mübarizədə səmərəliliyi xülyadır, çünki ideologiya yoxdur. İslam isə hələlik pərakəndə olan müsəlman aləmini tədricən birləşdirəcək. Bu mübarizədə bizim seçimimiz sadəcə yoxdur! Biz onu VII əsrdə etmişik. Təbii ki, nə Çinin, nə də Hihdistanın layihəsində biz mövcud deyilik. Yeganə yolumuz İslam dünyası ilə birgə addımlamaq və onun tam həmrəyliyinə nail olmaq üçün çalışmaqdır. Kiminsə xoşuna gəldi, yoxsa gəlmədi. Bu, ölüm-dirim məsələsidir… Təbii, yazdıqlarım qısamüddətli perspektiv deyil. Qarşıda hələ çox şey görəcəyəik. Söhbət nəticədən gedir. Sivilizasiyaların savaşı son mərhələyə qədəm qoyur…”

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …