Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / ƏHMƏD ƏHMƏZADƏNİN 75 YAŞI TAMAM OLDU – Biznes imperiyasına əsasən oğlu nəzarət edir

ƏHMƏD ƏHMƏZADƏNİN 75 YAŞI TAMAM OLDU – Biznes imperiyasına əsasən oğlu nəzarət edir

Bu gün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin 75 yaşı tamam olur.

Əhməd Əhmədzadə uzun müddət vəzifədə olan məmurlar kateqoriyasına aiddir. O, 26 ildir ki, eyni vəzifədədir. Bura Əhməd Əhmədzadənin müstəqillikdən əvvəlki karyerası daxil deyil.

Əhməd Əhmədzadə 1993-2004-cü illərdə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004-2006-cı illərdə Kənd Təsərrüfatı nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədridir.

Əhməd Əhmədzadənin rəhbərlik etdiyi müəssənin adı daha çox korrupsiya qalmaqallarında hallandırlır. Görünür, bu səbəbdəndir ki, ASC sədrinin özü də oliqarx məmur kimi tanınır. Yenisabah.az xəbər verir ki, bir neçə il əvvəl Əhməd Əhmədzadə ilə bağlı mediada tirajlanan araşdırma materialında Əhməd Əhmədzadənin “Baron” ləqəbi ilə tanındığı bildirilirdi. Qeyd edilirdi ki, bütün qohum əqrəbasını yaxşı vəzifələrə yerləşdirən Əhməd Əhmədzadə böyük bir klanın ağsaqqalına çevrilib.

Əhməd Əhmədzadənin başçılıq elədiyi Meliorasiya və Su Təsərrüfatı ASC monstr qurumlar sırasına aiddir. ASC ümumilikdə 120 idarədən ibarətdir.

Əhməd Əhmədzadənin biznes imperiyasına gəlincə, burada daha çox oğlu Cuma Əhmədzadə önə çıxır.

“Advisors CO.”, “Proyekt”, “Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Uluyurd” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin Cüma Əhmədzadəyə məxsus olduğu bildirilir. İddialara görə, o, həm də otelllər zəncirinin sahibidir.

Əhməd Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır. O, 2007-2009-cu illərdə Qax rayonuna rəhbərlik edib. Hazırda Qaxın icra başçısı olan Musa Şəkiliyevin Əhməd Əhmədzadə ilə qohum olduğu deyilir. Bəzi məlumatlara görə, o, Əhməd Əhmədzadənin xalası oğludur. Onun icra başçısı təyin olunmasında “Baron”un xüsusi rolu olduğu bildirilir.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …