Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Əgər Azərbaycanda yaxşı həkim varsa, məmurlar niyə İrana, Türkiyəyə gedir?“ – Seyran Səxavət

“Əgər Azərbaycanda yaxşı həkim varsa, məmurlar niyə İrana, Türkiyəyə gedir?“ – Seyran Səxavət

Azərbaycanda könüllü şəkildə həkim müayinəsindən keçmək çox az rastlanan hallardandır. Etiraf edək ki, bizlər yalnız ağır vəziyyətdə olanda xəstəxanalara üz tuturuq. Bəzən isə bizi xərəkdə aparmalı olurlar.

Avropada isə tam fərqlidir. İnsanlar 6 ayda bir və ya iki dəfə müayinədən keçirlər. Vərdiş kimi buna hər bir şəxs əməl edir.

Maraqlıdır, Azərbaycanda insanlar həkimə niyə nadir hallarda müraciət edirlər? Bu nə ilə bağlıdır? Həkimlərə olan inamsızlıqdır, yoxsa pula xəsislik edirlər?

Yazıçı Seyran Səxavət Yenisabah.az-a açıqlamasında deyib ki, biz öləndən sonra xəstə olduğumuzu dərk edirik: 

“Onu düz vurğuladınız, biz həkimə xərəkdə gedirik. Bu psixologiyamız, milli mentalitetimizlə bağlıdır. Hətta biz öləndən sonra dərk edirik ki, deyəsən xəstəimişik”.

Seyran Səxavətin sözlərinə görə, Azərbaycan həkimlərinə böyük inamsızlıq var:

“Həkimə getməməyimizin səbəbləri müxtəlifdir. Onlardan biri də həkimlərimizə olan inamsızlıqdır. Bizim həkimlərə böyük inamsızlığımız var. Açıq-aşkar görürük ki, az-çox imkanı olan şəxslər adi qrip olanda belə xaricə qaçırlar. İstər yüksək səviyyəli məmur, istərsə də orta imkanlı şəxs olsun. Hamısı xaricə üz tuturlar. İnsanlar da bunu izləyir, saytlardan oxuyurlar. Bu da insanlarda müəyyən fikir yaradır ki, əgər burada yaxşı həkim varsa, niyə onlar Avropaya, İrana, Türkiyəyə gedirlər…

Bu kimi fikirlər yaranır. Lakin müəyyən qismin xaricə getməsi Azərbaycanda yaxşı həkim yoxdur anlamına gəlmir. Yaxşı həkim var. Amma barmaqla sayılası qədər”.

Yazıçı insanların həkimə getməməsinin digər bir səbəbi olaraq pulsuzluğu gətirib:

“Gərək pul ola ki, onu xərcləyəsən. Mən inanmıram, dünyanın istənilən bir insanı öz sağlamlığı üçün pul xərcləməkdə xəsislik etsin. Düzdür, xəsis insanlar var.. Lakin inanmıram kiminsə sağlamlığı üçün pul xərcləməyə əli gəlməsin.

İmkansızlıq, həkimlərə olan inamsızlıq hamısı insanların həkimə getməməsinə gətirib çıxarır. Bu kimi səbəblərə görə də heç kəs həkimə getmək istəmir”.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …