Ana səhifə / Cəmiyyət / Əfv Komissiyasına müraciət edildi, zərərçəkənlər ayağa qalxdı

Əfv Komissiyasına müraciət edildi, zərərçəkənlər ayağa qalxdı

Azərbaycanın Ukraynadakı səfiri, keçmiş deputat Elmira Axundovanın oğlu Həbib Axundovun da adının keçdiyi dələduzluq olayının əsas fiqurantı Elnur İbrahimov yenidən gündəmə gəlib. 
Qaynarinfo xəbər verir ki, bu iş üzrə zərərçəkənlər Elnur İbrahimovun əfv sərəncamı ilə azadlığa çıxmaq üçün hərəkətə keçdiyini deyirlər. İddia olunur ki, onun əfv edilməsi üçün Əfv Komissiyasına müraciət olunub. Bu baxımdan, zərərçəkənlər də Komissiyaya müraciət ünvanlamağı qərara alıb.
Bu işdə Həbib Axundovun adının hallanmasına gəlincə, istintaq onu da zərərçəkən qismində tanıyıb. Amma keçmiş deputatın oğlu zərərçəkənlərin müraciətinə qoşulmayacaq. 

Elnur İbrahimov
Bu barədə Həbib Axundovun özü Qaynarinfo-ya bildirib: “Bəli, mən bu işdə zərərçəkənəm. Amma Elnur İbrahimovun Əfv Komissiyasına müraciət etməsindən məlumatlı deyiləm. Zərərçkənlərin müraciətinə gəlincə, hesab etmirəm ki, bunun effekti olacaq. Ona görə də qoşulmağı düşünmürəm.
Bir məqamı da qeyd edim ki, o zaman həmin zərərəçəkənlər arasında mənə böhtan atanlar var idi. Mən Binəqədi Rayon Məhkəməsinə müraciət etdim və onların hər biri 100 min manat cərimələndi. İndi də bu iş icraatdadır. 
Elnur İbrahimova gəlincə, o, məhkəmədə həqiqəti danışdı, hər şeyi boynuna aldı. O zaman onlar Ali Məhkəməyə müraciət edəndə Elnur İbrahimovun qayınatası xahiş etdi ki, mən şikayətçi olmayım. Onun hər şeyi düz danışmasını nəzərərə alaraq, şikayətçi olmadım. Yəni mənə dəymiş ziyanı tələb etmədim, bağışladım. Ona görə də indi dediyiniz müraciətə qoşulmağı düşünmürəm”.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …