Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Əfv istəyənlər hansı cinayətləri törədiblər? (AÇIQLAMA)

Əfv istəyənlər hansı cinayətləri törədiblər? (AÇIQLAMA)

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam etməkdədir. Novruz bayram;ndan sonra komissiyanın bir neçə iclası keçirilib və 100-lərlə müraciətə baxılıb. Komissiyasının katibliyi, Əfv Məsələləri üzrə sektor hər gün fasiləsiz olaraq işləyir”.
Bunu modern.az-a açıqlamasında  Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
O bildirib ki, komissiyaya müxtəlif cinayət törətmiş şəxslər barəsində müraciətlər daxil olub:
“Bunlar demək olar ki, Cinayət Məcəlləsinin əksər maddələri – şəxsiyyət, mülkiyyət, idarəçilik əleyhinə, nəqliyyat, iqtisadi fəaliyyətlə bağlıdır”.
Komissiya üzvü bildirib ki, ömürlük azadlıqdan məhrum edənlərlə də bağlı müraciətlər daxil olur:
“Müraciətlərə baxılır. Bu proses hələ başa çatmayıb . Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunmaları üçün məhkumların siyahısı Prezidentə təqdim olunacaq. Ölkə başçısı tərəfindən kimin əfv olunması dəqiqləşdiriləcək. Bu məsələ dövlət başçısının müstəsna səlahiyyətlərinə aiddir . Eyni zamanda, əfv sərəncamının verilməsi də cənab prezidentin səlahiyyətinə aiddir”.
Qeyd edək ki, Əfv sərəncamının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …