Ana səhifə / Cəmiyyət / Əflatun Amaşov şəhid ailələrinə dəstəyin  artırılmasını istədi

Əflatun Amaşov şəhid ailələrinə dəstəyin  artırılmasını istədi

Milli Məclisin 14 noyabrda keçirilən iclasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov şəhid ailələrinə dövlət dəstəyinin artırılmasının zəruruliyi barədə çıxış edib:

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişiklilə bağlı danışmaq istəyirəm. Bu gün bu məsələ cox aktualdir. Biz müharibə şəraitində yaşayırıq. Belə bir durumda şəhid ailələrinin dövlətin bu və ya digər imtiyazlarından bəhrələnmələri vacibdir. Qanuna edilən dəyişiklik də buna xidmət edir.
Ancaq mən bir başqa məsələyə diqqətinizi çəkmək istərdim. Ötən ilin noyabrında Milli Ordumuzun giziri Fariz Novruzov şəhid oldu. Mən Saatlida bu rayonun deputatı kimi onun dəfnində iştirak etdim. Valideynlərinin vəziyyəti ilə maraqlandım. Əlbəttə, dövlət qayğısı var. Ancaq vəziyyət belədir ki, şəhidə görə onun ailəsinə 11 min manat birdəfəlik müavinət ödənilir. Azərbaycanda elə şirkətlər var ki, işçisinin həyatını hətta 100 min manata qədər sığortalayır. Belə olan halda torpaqlarımızın qorunması uğrunda şəhid olan əsgər ailəsinə 11 min manat ödənilməsi təəssüf doğurur.İstərdim ki, bu məsələyə ciddi şəkildə yanaşaq. Həmin məbləğin artırılmasını gündəmə gətirək…

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın