Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Zakir Həsənov Gəncəyə düşən mərmidən danışdı

Zakir Həsənov Gəncəyə düşən mərmidən danışdı

Azərbaycan müdafiə naziri Zakir Həsənov “Seyfəli” poliqonundan atılmış tank mərmisinin Gəncədə yaşayış evinə düşməsi məsələsinə aydınlıq gətirib.

Modern.az-ın məlumatına görə, nazir bildirib: “Seyfəli” sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və 18 km uçaraq evə dəyib.

Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi”.

Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …