Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi tibb müəssisələrində olub – FOTOLAR

Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi tibb müəssisələrində olub – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Tibb heyəti ilə görüşən general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini şəxsi heyətə çatdırıb.

Sonra hərbi qulluqçulara dövlət başçısı adından bayram sovqatları təqdim olunub.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …