Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Xocavənd və Tərtər atəşə tutuldu

Xocavənd və Tərtər atəşə tutuldu

Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb.
Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …