Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Xaricdəki ermənilər Qarabağa döyüşməyə gəlir

Xaricdəki ermənilər Qarabağa döyüşməyə gəlir

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, xarici ölkələrdəki erməni diasporunun üzvləri Dağlıq Qarabağdakı müharibdə iştirak etmək üçün geri qayıdır.

Azvision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ və Argentinadan yüzlərlə şəxs artıq hərbi hazırlıq keçmək üçün Ermənistana dönüb.

Məlumata əsasən, 140 min erməninin yaşadığı Livandan gələnlər də az deyil. Təlim düşəgrələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib.

Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan deyib ki, 20-yə yaxın erməni öz istəyi ilə Ermənistana gedib və onların döyüşüb-döyüşmədiyi hələ bilinmir.

Qeyd edək ki, ermənilərin yaşadığı Ancar şəhərindən müharibəyə gələn muzdlulardan biri – opera müğənnisi Kevork Xacyanan məhv edilib.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …