Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Vətən Müharibəmizin bilinməyən detalları: Qaraxanbəyli əməliyyatı – FOTOLAR

Vətən Müharibəmizin bilinməyən detalları: Qaraxanbəyli əməliyyatı – FOTOLAR

Vətən Müharibəsi zamanı Füzuli istiqamətində keçirilən genişmiqyaslı əməliyyat, ələlxüsus da Qaraxanbəyli kəndi ətrafında gedən döyüşlər “blitskriq” (Blitzkrieg) – yəni “ildırım sürətli müharibə” taktikasına aid oluna bilər.
Ordumuz təmas xəttini yarandan sonra düşmənin Qaraxanbəyli ətrafındakı müdafiə zolağı sürətlə irəliləməyimizi əngəlləyə bilərdi. Zolaq istehkam cəhətdən güclü hazırlanmasa da, şəxsi heyətin sayı, təminatı və silahlanması baxımından kifayət qədər ciddi idi.


Burada açıq sahəyə tuşlanmış yüzlərcə atəş sektoru yaradılmışdı. Onlar həm tank əleyhinə idarəolunan raket kompleksləri, həm də düzünə vuran 100 mm-lik zenit topları (КС-19) ilə doldurulmuşdu. Yəni müdafiə eşelonlu, mərhələli formada təşkil olunmuşdu.


Düşmən mövqelərinin önü qarışıq təyinatlı mina sahələri, tikanlı məftil, müxtəlif maneələr və tank əleyhinə qazılmış, kilometrlərcə uzanan xüsusi xəndəklərlə qorunurdu.


Azərbaycan ordusunun artilleriya atəşləri və PUA zərbələri zamanı isə ermənilər xüsusi qazılmış “yuva” formalı fərdi və ikili səngərlərə doluşaraq, özlərini qoruya bilirdilər.


İşğalçı kontingentin istiqamət üzrə müdafiə zolağının ilk sırasını tank əleyhinə bölmələr, onların arxasınca iki səviyyəli kaponirlərdə yerləşdirilən tanklar, sonra zenit topları və minaatan batareyaları təşkil edirdi.


Buna görə Ordu komandanlığımız optimal qərar verərək, sözügedən yaşayış məntəqəsini cinahlardan ötməklə keçmiş və növbəti mərhələrdə Qaraxanbəyliyə gedən arxa təminat yolları kəsilmiş, işğalçı ordunun bölükləri isə yarımmühasirəyə alınmışdı.


Parallel olaraq ermənilərin bütün ağır texnikası, nəqliyyat vasitələri və topları ordumuz tərəfindən atılmış süzən sursatlar (Kamikadze PUA-ları) və “Spike-LR” tərəfindən məhv edilmişdi.


20 gündən çox arxa cəbhəmizdə, tam mühasirədə qalan düşmən bölmələri xırda qruplara bölünərək, günün qaranlıq vaxtı ərazini tərk etməyə çalışsalar da, arxa eşelondakı bölmələrimiz tərəfindən məhv edilmişdilər.


Düşmən Qaraxanbəylini ordumuzun hərəkətini yavaşlatmaq üçün hazırlasa da, məkirli plan iflasa uğramış, müdafiə rayonu bir qədər gec olsa da, az itkilərlə nəzarətimizə keçmişdi…

AzVision.az

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …