Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ümid  Leyla Əliyeva 

Ümid  Leyla Əliyeva 

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Ümid” adlı şeiri oxucuların ixtiyarına veririk.

 

 

 

 

 

 

Ümid hər birimizin
uşaqlıqdan içində
sadədil inanışla
yaşayan bir… vərdişdi.
Qəlbimiz çırpınanda,
bir əlac axtarmışıq,
köməyə gəlib ümid. –
Ümidə tapınmışıq..!

“Ümid yoxdur” deyənlər
öz-özünü aldadır.
Biz onsuz neynəyərik? –
şaxtalarda donarıq,
günahlarda batarıq…
Onsuz yaşamaq çətin;
bir addım belə atmaq
mümkün deyil ümidsiz.
Onsuz bir kövrək yarpaq
bapbalaca bir kol da
bizimçün qorxuludur.
Cəsurun qəlbində də,
o yaşayır, döyünür…
amma ki, qorxağa da
ümid böyük güc verir…

Mən öz ümid payımı
səninlə bölüşərəm.
O sanki bir Günəşdir. –
Göz yaşların qurudur.
Hər şey olduğu kimi
yerində qalsa belə,
Ümidlər dilindəki
adi yalanı belə
min bir rəngə boyayır…

Olub-keçənlər üçün
bağışlayarsan məni.
Seçsən bu da bir yoldu…
“Hər şey unudulubdur”. –
Qıraqdan baxanlarçun
sadə görüntüdü bu…
Ümidsə… ümidədir.
Həyat yaralarına
ümidlər tək məlhəmdir.

Məni bağışlayarsan…
Bəlkə də, yox, nə deyim..?
Əgər xoşbəxtliyimiz
yenə yalana dönsə –
heç narahat deyilim.
Ümid lap yaxındadır.
Çağırarıq köməyə!..

leyla_9fcb7ea4c

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın