Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Türkiyə ordusu “eşşək arıları”ndan istifadə edəcək – VİDEO

Türkiyə ordusu “eşşək arıları”ndan istifadə edəcək – VİDEO

Türkiyə ordusu terror əməliyyatlarında “eşşək arısı” adlandırılan mini dronlardan istifadə etməyə başlayıb.
Axar.az xəbər verir ki, bu, Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin tanıtım videosundan sonra müəyyən olunub. Belə ki, videoda “Blək Hornet” (Black Hornet) adlanan pilotsuz uçan aparatın görüntüləri əks olunub.
Qeyd edək ki, “Blək Hornet”in uzunluğu 10, eni 2,5 santimetrdir. 18 qram ağırlığı olan aparatda 3 kamera mövcuddur. Onlardan biri yüksək keyfiyyətli görüntü, digəri termal görüntü, üçüncüsü isə gecə görüntüsü yayımlayır. Bu aparatlar 25 dəqiqə havada qala bilir.
“Blək Hornet” 2010-cu ildə yaradılıb. Norveçdə yaradılsa da, sonradan bütün satış hüququ ABŞ-a verilib. İndiyə qədər 500 ədəd satılan aparatın dəyəri 195 min dollar təşkil edir.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …