Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Şuşa azad olunan günü inkasator maşınlarında nə daşınıb? – FOTO

Şuşa azad olunan günü inkasator maşınlarında nə daşınıb? – FOTO

Ermənistan Mərkəzi Bankının Şuşa şəhərindəki filialında saxlanılan pullar Nikol Paşinyan tərəfindən mənimsənilib.

Azinforum.az xəbər verir ki, bu barədə “Antifake.am” saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, 7 noyabr tarixində Şuşada ağır döyüşlərin getdiyi bir zamanda “Armeconom Bank”a məxsus inkasator maşınların ard-arda şəhəri tərk etdiyi görülüb. Görüntülər “ANNA” xəbər agentliyi tərəfindən qeydə alınıb.

Məlumatda həmçinin bildirilir ki, inkasator maşınlarında nə daşındığı barədə bu günə kimi məlumat verilməyib.

“Antifake.am” saytı həmçinin bildirir ki, Şuşada yerləşdirilən “İsgəndər” raketinin də nə zaman və hansı istiqamətdə istifadə olunduğu barədə də məlumat verilməyib.

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …