Ana səhifə / Cəbhə Xəbərləri / Şuşa ətrafında kim atəş açıb?

Şuşa ətrafında kim atəş açıb?

Dünən sentyabrın 18-də Rusiyanın Müdafiə Nazirliyi belə məlumat yayıb ki, sentyabrın 17-də Şuşa ətrafında “Dağlıq Qarabağın silahlı birləşmələrinin postları istiqamətində” üç dəfə atəş açılması faktı qeydə alınıb. Rusiya Müdafiə Nazirliyi erməni tərəfinə istinad edib bildirir ki, “atəş Azərbaycan silahlı qüvvələrinin mövqelərindən açılıb”. Nəticədə Dağlıq Qarabağın “silahlı birləşmələrinin iki hərbi qulluqçusu” yaralanıb. Rusiya sülhməramlı qüvvələrin komandanlığı hər iki tərəfin iştirakı ilə araşdırma aparır.

Bunun ardınca Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinin həmin informasiyası ilə bağlı bəyanatla çıxış edib.

“Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur”,-Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini,  polkovnik-leytenant Anar Eyvazov deyib.

A.Eyvazov bildirib ki,  bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontinqentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb. Nəticədə qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub.

“Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyil. Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir”, – Anar Eyvazov əlavə edib. virtualaz.org

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …