Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Sərhədçilərə atəş açıldı, Elçin Quliyev “Göytəpə”yə getdi – Fotolar

Sərhədçilərə atəş açıldı, Elçin Quliyev “Göytəpə”yə getdi – Fotolar

Azərbaycan sərhədini pozaraq ölkəyə girməyə çalışan silahlı şəxs zərərsizləşdirilib. “Qafqazinfo” Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, noyabrın 29-da “Göytəpə” sərhəd dəstəsinin xid­məti ərazi­sində dövlət sərhədinin silahlı şəxslər tərəfindən po­zulmasına hazırlıq barədə daxil olmuş əməliyyat məlumatı əsa­sında həmin istiqamətdəki sərhəd zas­ta­va­larının xidməti güclən­dirilib, zəruri qabaqlayıcı tədbirlər görül­üb.

Cəlilabad rayonu­nun Edişə kəndi ya­xınlığındakı sərhəd zas­tavasının xidməti sa­həsində İran İslam Respublikasından Azər­baycan istiqamətində ayaq iz­ləri və sərhəd axtarışında olan 2 nəfər naməlum şəxsin qaçması aşkar edilib. Həmin şəxslər sərhədçilərə qarşı avto­mat silahdan atəş açıb, cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulub.

Digər sər­həd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olub. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkar olunub. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılıb, güllələrdən biri xidməti avtomobilə dəyib, sərhədçilər arasında yaralanan və xəsarət alan olmayıb.

Bu gün isə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirib, silahlı sərhəd pozu­cularının aşkar edilərək zərərsizləşdiril­mə­sində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib.


Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …