Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Rusiya MN:”Dağlıq Qarabağda hərbi əməliyyatların bitməsindən sonra atəşkəs ilk dəfə pozulub”

Rusiya MN:”Dağlıq Qarabağda hərbi əməliyyatların bitməsindən sonra atəşkəs ilk dəfə pozulub”

Hərbi əməliyyatların bitməsindən və bölgədə Rusiya sülhməramlılarının əməliyyatının başlanmasından bəri Dağlıq Qarabağda ilk dəfə atəşkəs pozulub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

“Rusiya sülhməramlı qüvvələri kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. İyirmi üç müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. 11 dekabrda Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb​​“, – açıqlamada deyilir.

Qeyd edək ki, prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşündə bildirib ki, dekabrın 11-də ermənilər terror aktları törədiblər: “Dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir”/APA.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …