Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Rusiya MN-dən itkin düşən erməni hərbçilərlə bağlı açıqlama

Rusiya MN-dən itkin düşən erməni hərbçilərlə bağlı açıqlama

Sülhməramlıların Xankəndindəki idarəetmə mərkəzindən 30 noyabr – 4 dekabr tarixlərində 214 erməni hərbçisinin itkin düşməsi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin qaynar xəttinə məlumat daxil olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mütəxəssislər 186 erməni hərbi qulluqçusu barədə məlumatları yoxladıqdan sonra sülhməramlı idarəetmə mərkəzinin axtarış qruplarına ötürüb.

Məlumata əsasən, 45 nəfərə telefonla psixoloji yardım göstərilib, itkinlərin tapılmasında göstərdikləri yardıma görə 9 təşəkkür məktubu alınıb. Bundan əlavə, idarəetmə mərkəzinə indiyədək 1900-dən çox şəxs itkin düşən qohumlarının axtarışı, əmlakın qaytarılması və başqa məsələlərlə bağlı müraciət edib.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …