Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağda gərginlik artır

Qarabağda gərginlik artır

İşğal edilmiş Dağlıq Qarabağda vəziyyət gərgin olaraq qalmaqda davam edir.

Virtualaz.org-un erməni KİV-ə istinadən məlumatına görə, separatçıların liderləri vəziyyətdən necə çıxacaqlarını bilmir və Yerevandan kömək istəyirlər.

Xatırladaq ki, “DQR”də vəziyyət Milli Təhlükəsizlik Xidməti (erməni xüsusi xidmət orqanları) xüsusi təyinatlı yerli dəstəsi üzvlərinin Xankəndinin küçələrindən birində iki nəfəri döyməsindən sonra kəskinləşib. Etiraz edənlərin nümayəndələri ultimatum irəli sürüblər və güc strukturları rəhbərlərinin danışıqsız istefasını tələb edirlər.

“DQR” “baş naziri”nin müavini olmuş və hazırda Bako Saakyanın məsləhətçi işləyən Artur Aqabekyan təcili bəyanatla çıxış edərək, Ermənistan hakimiyyətini Qarabağa nümayəndə heyəti göndərməyə çağırıb.

Artur Aqabekyan

“Düşünürəm ki, Qarabağda MTX başçısı general Arşavir Karamyanın rolu haqda, xüsusən də, aprel günlərindən sonra, çoxları bilirlər. Yeni təhlükəsizlik kompleksinin yaradılması və idarə olunması üçün məsuliyyəti məhz o öz üzərinə götürdü. Əminəm ki, aksiya iştirakçılarının çox hissəsi də bundan xəbərdardır, amma bu gün istefa tələbi ilə çıxış edir. İnsan ağlını itirə bilər. Özünüzə gəlin, cənablar, hələ ki gec deyil, özünüzə gəlin. Ermənistan hakimiyyəti isə rəsmi mövqeyini mümkün qədər tez bildirməli və Qarabağa təcili nümayəndə heyəti göndərməlidir”, – deyə Aqabekyan vurğulayıb.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …