Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağda erməni mayor yaxalandı

Qarabağda erməni mayor yaxalandı

Qarabağda işğalçı ordunun mayoru hərbçilərdən məzuniyyət qarşılığında rüşvət aldığı üçün saxlanılıb. Sputnik xəbər verir ki, məlumatı Ermənistanın Baş Prokurorluğu yayıb.

Aldatma yolu ilə hərbi vəzifələrin yerinə yetrilməsinin müvəqqəti dayandırılmasına kömək etməkdə və rüşvət almaqda şübhəli bilinən işğalçı ordunun hərbi hissələrindən birinin qərargahının operativ şöbəsinin mayoru saxlanılıb.

Bir sıra hərbçilər ifadələrində qeyd ediblər ki, 2017-ci ilin oktyabr ayından 2018-ci ilin aprel ayına qədər şəxsən özləri və vasitəçilərin köməyi ilə şübhəli şəxsə pul ötürüblər.

Əvəzində isə o, həmin hərbçilərə məzuniyyətin verilməsinə əsas yaratmaq məqsədilə hərbi hissəyə müvafiq məlumatlar göndərirmiş.

Mayor D.Q. etiraf edib ki, xidmət etdikləri yerə yalan məlumatlar göndərmək məqsədilə bir sıra hərbçilərdən pul alıb. Fakt üzrə cinayət işinə başlanıb.

Qeyd olunur ki, vasitəçi kimi hərbçilərin valideynləri və yaxın qohumları, hərbi hissələrdən birinin çavuşu (ona qarşı da ittiham irəli sürülüb) və Pthunk kəndinin sakini olan keçmiş hərbçi S.Q. çıxış ediblər.

Rüşvətin məbləği 60-75 min dram (220-275 manat) təşkil edib.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …