Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 200-ə çatır

Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 200-ə çatır

Cəbrayılda aparılan axtarışlar zamanı daha 3 erməni hərbçisinin meyiti tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, meyitlər döyüş mövqelərində aşkarlanıb. Bununla da Qarabağda meyitləri aşkarlanan ermənilərin sayı 1 197 nəfərə çatıb. Məlumata görə, onlar arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var. Lakin Ermənistan rəsmiləri döyüş əməliyyatları zamanı Azərbaycanın işğal olunmuş ərazilərində mülki şəxslərin nə üçün, hansı məqsədlə göndərildiklərini gizlədirlər.

Qeyd edək ki, Qarabağ müharibəsində itkin düşmüş erməni əsgərlərinin axtarışlarına hərbçilərlə yanaşı, itkinlərin qohumları da cəlb edilib.

Daha əvvəl Hadrutda aparılan axtarışlar zamanı daha 6 erməni hərbçisinin meyiti aşkarlanıb.

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …