Ana səhifə / Cəbhə Xəbərləri / Orduya “hər an hazır olun” tapşırığı verdildi – General komandirləri topladı

Orduya “hər an hazır olun” tapşırığı verdildi – General komandirləri topladı

Naxçıvan Qarnizonunda şəxsi heyətlə iş üzrə komandir müavinləri və hərbi psixoloqlarla təlim-metodiki toplantı keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev və Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Niyaməddin Tağıyev çıxış edərək bildiriblər ki, toplantının keçirilməsində əsas məqsəd qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə mənəvi-psixoloji hazırlıq işinin daim diqqət mərkəzində saxlanılmasıdır.
Toplantıda çıxış edən müxtəlif kateqoriyalı zabit və mütəxəssislər tərbiyə işinin təşkilindən, fərdi xüsusiyyətlərin aşkarlanmasında və sistemləşdirilməsində psixoloji testlərin əhəmiyyəti, keçirilmə mexanizm və metodlarından danışıblar. Bildirilib ki, bu işlərin təşkilində hərbi qulluqçuların kateqoriyalarına görə fərdi tərbiyə işinin xüsusiyyətlərinə ciddi diqqət yetirilməlidir. Buna görə də toplantıda əsas diqqət hərbi qulluqçuların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi kollektivlərdə sağlam rəqabət atmosferinin inkişaf etdirilməsinə, əsgər və zabitlərin şəxsi xüsusiyyətləri nəzərə alınmaqla fərdi tərbiyə işinin planlı şəkildə həyata keçirilməsinə yönəldilib.

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …