Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ordumuzun mövqeləri atəşə tutulub

Ordumuzun mövqeləri atəşə tutulub

Oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu, Zərkənd və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Dəmirçidam, İstibulaq və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən daxil olan xəbərə görə, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …