Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib

Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib

Cəbhənin Qazax rayonu istiqamətində, Azərbaycanla Ermənistan arasındakı təmas xəttində baş verənlər ictimaiyyətin diqqət mərkəzindədir. 

Ermənistan tərəfi də təkziblərdən sonra Azərbaycan Sərhəd Xidmətinin 3 ölkənin sərhədində yerləşən və hündürlüyü 700 metrə çatan strateji Babakər zirvəsində möhkəmləndiyini etiraf edib. 

Bunu “Orbeli” analitik-tədqiqat mərkəzinin eksperti Taron Ovannisyan deyib.

“Azərbaycan öz mövqelərini Babakər zirvəsi istiqamətində, Qazax rayonunun Tavuş vilayəti ilə sərhədində 500-600 metr irəli çəkib. Paralel olaraq, sərhədyanı Çinari kəndində də sərhəd dəyişikliyi qeydə alınıb”.

Ovannisyan Ermənistan tərəfinin də təmas xəttində irəliləmək cəhdləri etdiyini, lakin bunun nəticəsində tərəfləri ayıran neytral zonanın azaldığını açıqlayıb. Onun fikrincə, ermənilərin neytral ərazinin uzunluğunu azaltması cəbhədə əlavə gərginlik yaradacaq.Modern.az

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …