Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Nazirlikdən itkin düşən hərbçilərlə bağlı AÇIQLAMA

Nazirlikdən itkin düşən hərbçilərlə bağlı AÇIQLAMA

“Azad olunmuş Kəlbəcər və Laçın rayonları çətin reylefi, əsasən dağlıq və meşə sahələrindən ibarətdir”.
Bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov Kəlbəcərdə itkin düşən hərbçilərlə bağlı bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu rayonlarda qış ayları çox sərt keçir:
“Havanın temperaturu gecələr -15-20 dərəcə dəyişir, bəzən bu temperatur -30-a qədər düşür. Ərazinin çətin reylefi nəzərə alınaraq, bura xeyli sayda şəxsi heyət xüsusi texnika cəmləşdirilib. Axtarışa cəlb olunan şəxsi heyət mütəmadi olaraq isti yemək və çayla təmin olunur”.Qeyd edək ki, Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd hərbi qulluqçumuz – baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAXE, kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Keçirilən axtarışlar nəticəsində bu gün səhər C.Hüseynov, M.Hüseynov və Y.Kərimov tapılıb və hospitala yerləşdirilib. Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …