Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Naxçıvandakı hərbi təlimdən – FOTOLAR

Naxçıvandakı hərbi təlimdən – FOTOLAR

2018-ci ilin hazırlıq planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Orduda iyunun 18-dən iyunun 24-dək davam edən komanda-qərargah təlimi uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr tərəfindən döyüş atışlarının icrası və qəbul olunmuş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması məşq etdirilib.

Təlim komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyıb.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …