Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Nəzarətə götürülən strateji yüksəkliklərin görüntüləri – VİDEO

Nəzarətə götürülən strateji yüksəkliklərin görüntüləri – VİDEO

Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən bir sıra strateji əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqların icrası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 62 km-dən çox yeni təminat yolları çəkilib.

Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə həyata keçirilən zəruri tədbirlər yüksək peşəkarlıqla yerinə yetirilir.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …