Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Müdafiə Nazirliyi: Düşmənin atəş nöqtələri susdurulub

Müdafiə Nazirliyi: Düşmənin atəş nöqtələri susdurulub

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …