Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mövqelərini dəqiqləşdirir

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mövqelərini dəqiqləşdirir

“Ermənilərin informasiya təxribatı davam edir”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”, – məlumatda deyilir.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …