Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəbhə Xəbərləri / “Məzuniyyətə gələcəkdi, amma tabutunu gətirdilər…”- Aprel şəhidimizin anası…

“Məzuniyyətə gələcəkdi, amma tabutunu gətirdilər…”- Aprel şəhidimizin anası…

Bu gün aprel döyüşlərində şəhid olan əsgər Xaliq Həsən oğlu Əzizzadənin doğum günüdür. X.Əzizzadə 1996-cı il avqustun 27-də Şərur rayonunda anadan olub. Şəhimizin bu gün iyirmi iki yaşı tamam olur.
Şəhidimizin anası Nigar Əzizzadə Moderator.az-a açıqlamasında doğum günü olan Xaliq haqqında bunları deyib:
“Bu gün iyirmi iki yaşı tamam olur. Xaliqsiz üç ildir ki, biz nə çəkirik bir Allah bilir. Martın 26-da yanına getmişdik, birlikdə şəkil də çəkdirdik. Dedi ki, aprelin 16-da məzuniyyətə gələcəm, amma aprelin 6-da tabutunu gətirdilər. Bu gün doğum günüylə bağlı məzarını ziyarət edəcəyik. Doğum günündə şəhid ailələri və yaxınlarımız iştirak edəcəklər”.
Xatırladaq ki, şəhid Xaliq Əzizzadə ölümündən sonra hərbi xidmətdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
Allah cəmi şəhidlərimizi rəhmət eləsin!
 

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …