Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / “Kiçik oğlumu əsgər yola salırdım böyük oğlumun şəhid xəbəri gəldi”- Şəhid atası…

“Kiçik oğlumu əsgər yola salırdım böyük oğlumun şəhid xəbəri gəldi”- Şəhid atası…

Bu gün aprel döyüşlərimizdə qəhrəmancasına şəhid olan Nürəddin Mirzəyevin atası Etimad Mirzəyevin doğum günüdür. Şəhid atası 46 yaşını tamamlayır.
Belə bir gündə Moderator.az-a danışan şəhidimizin atası daha çox Nürəddin haqda düşündüyünü dedi:
“Diqqətiniz üçün çox sağ olun. Həmişə biz şəhid ailələrini yad edirsiniz. Bu gün 46 yaşım tamam olur, amma məni ən çox düşündürən Nürəddindir. İki oğlum var, Nürəddin evin böyüyü idi. Aprel döyüşlərində hərbi xidmətini başa vurmağa üç ayı qalmışdı. Aprelin 3-də kiçik oğlum Nəcməddini hərbi xidmətə yola salmaq üçün yığıncaq keçirdim. Həmin gün Nürəddin Lələ təpə uğurunda gedən döyüşlərdə şəhid olduğundan bunu yaxınlarım bizə deməyib ki, yığıncaq dağılmasın. Axşam saatlarında mənə dedilər ki, Nürəddin şəhid olub. Aprelin 4-də onu kənd qəbristanlığımızda böyük izdihamla dəfn etdik. Bu gün çətin də olsa, bir təsəlli yerim oğlumun şəhid olmasıdır. Adını yaşatmaq üçün əlimizdən gələni edirik. Bu yaxında kəndimizdə adına Şəhid bulağı tikdik. Allah cəmi şəhidlərimizi rəhmət eləsin”.
Xatırladaq ki, Nürəddin Etimad oğlu Mirzəyev 1996-cı il dekabrın 20-də Yardımlının Honuba kəndində anadan olub. 2016-cı il aprel döyüşlərində şəhid olan əsgərimiz ölkə başçısının sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …