Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Kəlbəcər istiqamətində yenə atəşkəs pozuldu

Kəlbəcər istiqamətində yenə atəşkəs pozuldu

Ermənistan tərəfi Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində bir gün əvvəl baş vermiş şiddətli döyüşlərdən sonra Rusiya sülhməramlı qüvvələrinin komandanlığının vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasını yenə kobud şəkildə pozub.  

Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xatırladaq ki, iyulun 28-də gecə baş vermis döyüşlərdə Ermənistan ordusu 3 hərbçisini itirdiyini açıqlayıb, 4 hərbçi yaralanıb. Azərbaycan tərəfi 2 hərbçisinin yaralandığını bildirir.  Həmin istiqamətdə tərəflərin mövqeləri bir-birinə çox yaxındır və Ermənistan ordusu günlərdir ki, Kəlbəcər tərəfdə təxribatlara əl atır.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …