Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / İranda erməni hərbçilərini tapmadılar

İranda erməni hərbçilərini tapmadılar

Dağlıq Qarabağda hərbi əməliyyatların getdiyi günlərdə İran ərazisinə adladığı iddia edilən erməni hərbçiləri barədə məlumat təsdiqini tapmayıb.

Bu barədə Facebook-da Ermənistan-İran parlamentlərarası dostluq qrupuna rəhbərlik edən Ermənistan parlamentinin üzvü Mxitar Ayrapetyan yazıb.

“Sputnik Ermənistan” xəbər verir ki, son bir neçə gündə M.Ayrapetyan Ermənistan-İran əlaqələri üzrə bəzi tərəfdaşları ilə telefon danışıqları aparıb, onlar da əvvəllər mediada və sosial şəbəkələrdə yayılan məlumatları təsdiqləməyiblər.

Xatırladaq ki, “İrandakı erməni hərbçiləri” barədə məlumat ortaya çıxdıqdan sonra hərbçilərin ailə üzvləri Yerevandakı İran səfirliyinin yanında toplaşmağa başlamışdılar. Noyabrın 20-də səfirlik bu məlumatı təsdiq edə bilməyəcəyini söyləmiş, ancaq onu araşdıracağına söz vermişdi…

Virtualaz.org

Həmçinin oxuyun

Ermənistana məxsus PUA zərərsizləşdirilib

Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən …