Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / İkinci Qarabağ müharibəsində 11 min erməni hərbçi yaralanıb

İkinci Qarabağ müharibəsində 11 min erməni hərbçi yaralanıb

2020-ci ilin sentyabr-noyabr aylarında ikinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda yaralı və xəstə sayı 11 min nəfər olub.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin hərbi tibb şöbəsinin rəis müavini, polkovnik Qeqam Paşikyan bildirib.

Onun sözlərinə görə, yaralıların 55% -nin xəsarətləri yüngül, 36% -də orta dərəcəli olub. 2%-i həddindən artıq ağır, 7% -i isə ağır yaralanıb.

Döyüş əməliyyatları zamanı yaralıların və xəstələrin təxliyəsi üçün 440 helikopter uçuşu həyata keçirilib, 5000-dən çox cərrahi müdaxilə edilib. Azvision.az

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …