Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Hadrut istiqamətində 9 erməni silahlısının meyiti tapıldı

Hadrut istiqamətində 9 erməni silahlısının meyiti tapıldı

Bu yaxınlarda Azərbaycan əsgərləri və müvafiq qurumlarının əməkdaşları tərəfindən antiterror əməliyyatı keçirilmiş Xocavənd rayonunun Hadrut istiqamətindəki Köhnə Tağlar (Xin Tağlar) və Çaylaqqala (Xtsaberd) kəndləri ərazisində 9 erməni hərbçinin meyiti tapılıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, erməni meyitlərinin aşkarlanması haqda Qarabağdakı qondarma rejimin nümayəndələrinə bölgədəki Rusiya sülhməramlıları bildirib. Hələlik erməni silahlılarının hansı şəraitdə öldüyü açıqlanmır. Ölənlərin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …