Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Hərbi qulluqçumuz şəhid oldu

Hərbi qulluqçumuz şəhid oldu

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) şəhid olub.
“Report”un xəbərinə görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1997-ci il təvəllüdlü, MAXE Əliyev Azər Dilafət oğlu oktyabr ayının 15-i Xocavənd istiqamətində gedən döyüşlərdə başından ağır yaralanıb.
O, yanvarın 28-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
A.Əliyev bu gün Yuxarı Qiyaməddinli kəndində dəfn edilib.
Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var.
Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …