Ana səhifə / Cəbhə Xəbərləri / Hərb maşınımız güclənir – Azərbaycan yeni silahların istehsalına başladı

Hərb maşınımız güclənir – Azərbaycan yeni silahların istehsalına başladı

Bakının işğalçıya qarşı “qamçı və kökə” taktikası davam edir; düşmən isə Azərbaycanın xoşməramlı siqnallarına, “hamını hamıya dəyişmək” təklifinə adekvat cavab verə bilmir – kritik gəlişmə

Azərbaycanda HP tipli, 7.62 kalibrə malik hücum təyinatlı pulemyotların seriya istehsalına başlanılıb. “Yeni Müsavat”ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yeni atıcı silahların istehsalı müdafiə sənayesinin müəssisəsində qurulub.

“HP-7.62″ pulemyotları döyüş zamanı düşmənin canlı qüvvəsini yaxın məsafədən məhv eləmək, həmçinin rəqibin atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub. Yerli istehsallı bu silah növünün nümunəsi sentyabrda Bakıda keçirilən ADEX-2018 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilmişdi.

*****

Beləcə, Azərbaycan özünün hərbi-sənaye kompleksini gücləndirmək yönündə daha bir mühüm addım atıb. Bütövlükdə diqqətçəkicidir ki, xüsusən də son illər ölkəmizdə həm hərbi zavodların sayı, o sırada birgə hərbi müəssisələrin sayı artır, həm də Azərbaycan öz hərbi parkını daha da modernləşdirmək üçün qardaş Türkiyə, İsrail, Belarus və digər dost-tərəfdaş ölkələrlə hərbi-texniki əməkdaşlığı genişləndirir. Düşmənin qorxulu röyasına çevrilmiş Pilotsuz Uçan Aparatların (PUA) istehsalı da o qəbildəndir.

“HP-7.62" ile ilgili görsel sonucu

Bütün bu pozitiv gəlişmələr, hərbi istehsalla bağlı uğurlar, Azərbaycanın xarici silahlardan azalmaqda olan asılılığı  sözsüz ki, işğalçı Ermənistan üzərində ölkəmizin hərbi üstünlüyünü daha da artırır. Eyni zamanda bunlar iqtisadi böhran vəziyyətində olan düşmən tərəfə aydın mesajdır ki, Azərbaycanla birbaşa hərbi toqquşmadan o, məğlub qismində ayrılmağa məhkumdur. Ötən ay Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Çexiyaya, onun müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Nəcməddin Sadıkovun isə İsrailə çoxgünlük səfərləri də İrəvana özünəməxsus xəbərdarlıq mesajları idi.

*****

Bakı eyni zamanda Dağlıq Qarabağ konfliktinin dinc yolla həlli siyasətinə sadiqdir. Ona görə yox ki, biz savaşdan ehtiyat edirik. Vurğulandığı kimi, Azərbaycan Ermənistan üzərində yetərli hərbi üstünlüyə malikdir. Sadəcə, ölkəmiz məsələdə sırf humanizm prinsiplərini əsas götürür, hər iki tərəfdən gənc insanların, əsgər-zabitlərin, gələcək ailə başçılarının ölümünü arzulamır.

Humanizmdən söz düşmüşkən, az öncə Azərbaycan düşmən tərəfə əsirləri “hamının hamıya” prinsipi ilə dəyişməyi təklif edib. Ancaq Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri David Tonoyan Azərbaycan tərəfinin bu təklifi barədə mətbuatdan oxuduğunu və rəsmi təklif almadıqlarını bildirib.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə bildirilir ki, 29 aprel 2016-cı il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı məktubunda hazırda hər iki tərəfdə saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanmasını təklif edib. BQXK bu təklifin Ermənistan tərəfinə çatdırıldığını və saziş layihəsi üzərində müvafiq iş apardığını bildirib. Dövlət Komissiyası müzakirəyə çıxarılacaq əsas məsələnin hazırda tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi mövzusu olacağı təqdirdə, Azərbaycan tərəfinin görüşə hazır olduğunu BQXK həmsədrlərinin diqqətinə çatdırıb. Qarşı tərəfdən isə Bakının bu xoşməramlı çağırışına hələ ki pozitiv reaksiya yoxdur.

Ä°lgili resim

*****

Bundan əlavə, ay yarım öncə Düşənbədə keçirilən MDB sammiti çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri – İlham Əliyev və Nikol Paşinyan arasında həm atəşkəs, həm də operativ əlaqə ilə bağlı şifahi anlaşma əldə olunub ki, bu da təmas xəttində gərginliyi azaldıb. Əslində bu da Bakının İrəvana pozitiv jestidir ki, işğalçı ölkədə növbədənkənar seçkilər yekunlaşa bilsin.

Yeri dəlmişkən, təmas xəttində gərginliyin azaldığını qarşı tərəf etiraf edir.

David Tonoyan ile ilgili görsel sonucu

“Azərbaycan və erməni tərəfləri ön cəbhədə baş verənlərlə bağlı bir-birini məlumatlandırır”. “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi xəbərə görə, bunu nazir əvəzi David Tonoyan deyib. Onun sözlərinə görə, Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfi ilə lazım olan anda birbaşa telefon əlaqəsi saxlayır.

Tonoyan bildirib ki, Düşənbə görüşündən sonra cəbhə xəttində gərginlik həqiqətən azalıb. “İki ölkənin müdafiə nazirlikləri arasında artıq birbaşa telefon əlaqəsi mövcuddur. Lakin bu, nazirlər səviyyəsində yox, müvafiq vəzifəli şəxslər səviyyəsindədir. Əlaqə ikitərəfli rejimdə işləyir”, – deyə Tonoyan qeyd edib. Ancaq onun sözlərinə görə, hələ ki İlham Əliyevlə Paşinyan arasında birbaşa telefon əlaqəsi olmayıb.

Bakının xoşməramlı davranışı öz yerində, qarşı tərəfin buna adekvat reaksiyası hələ ki gözə dəymir. Elə Nikol Paşinyan işğal altındakı Qarabağa təzəcə başa çatan çoxgünlük  qanunsuz səfəri, səfər çərçivəsində onun səngərdə erməni əsgərləri və Ermənistanın güc strukturlarının rəhbərləri ilə şelfi çəkərək, altından “Bu – bizik, Ermənistan ordusu” yazması da az şey demir.

Ä°lgili resim

Üstəlik, Paşinyan Qarabağdan gedən kimi işğalçı qüvvələrin ərazimizdə növbəti hərbi təlimi başlayıb. Erməni mənbələrinin məlumatına görə, noyabrın 10-dək davam edəcək qanunsuz təlimlərdə əsas məqsəd Ermənistanın işğal bölgəsində dislokasiya edilmiş birliklərinin döyüş qabiliyyətini artırmaqdır…

*****

Bakının xoşməramlı siqnallarına düşmən tərəfin reaksiyası bundan ibarətdir. Odur ki, Azərbaycan Ermənistana qarşı “qamçı və kökə” siyasətini davam etdirmək zorundadır. Yəni həm işğalçı ölkəyə qarşı sərt blokada siyasəti və hərbi quruculuq işlərinə davam edəcək, həm də ona xoşməramlı siqnallar göndəriləcək, humanizm jestləri ediləcək.

Sözsüz ki, başlıca hədəfimiz torpaqlarımızı dinc yolla, bu, mümkün olmazsa, silah gücünə azad eləməkdir. Azərbaycan öz hərb maşınını, yerli hərbi sənaye kompleksini ən əvvəl buna görə daima gücləndirir. Silahları da vitrinə qoymaq üçün almırıq və ya istehsal eləmirik. Bu xüsusda Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdamdakı son görüşdə ümid etdiyini bildirib ki, “Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək öz işğalçı qüvvələrini tezliklə torpaqlarımızdan çıxaracaq, əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq”…

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …