Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Generalların birbaşa döyüş mövqeyində olmasının səbəbi nə idi? – Video

Generalların birbaşa döyüş mövqeyində olmasının səbəbi nə idi? – Video

“Generalın döyüş nöqtələrinə yaxın ərazilərdə fəaliyyət göstərməsi şəxsi heyətin idarə edilməsi, döyüş şəraitinin düzgün qiymətləndirilməsi və qərarların düzgün qəbul edilməsi baxımından önəmlidir”.
Bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev generalların müharibə zamanı döyüş nöqtələrinə yaxın ərazilərdə yerləşməsi ilə bağlı suala cavab verərkən deyib.
Onun fikrincə, generalı döyüş nöqtələrinə yaxın olması həm də şəxsi heyətdə ruh yüksəkliyi yaradır:
“Mənim döyüş əməliyyatları rayonunda olmağım, bilavasitə idarəetməni yaxın məsafədə həyata keçirməyim əməliyyatları düzgün, itkisiz aparmağım üçün zəruri idi və nəticədə uğurlara səbəb olurdu. Telefonla məlumat alaraq qərar qəbul etmək isə çətinlik yarada bilərdi. Hesab edirəm ki, general olaraq, Dövlət Sərhəd Xidməti rəisinin müavini olaraq bu ərazilərdə şəxsi heyətin yanında olmuşdum”.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …