Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / General-leytenant Əfqan Nağıyev ilk dəfə döyüşlərdən danışdı – VİDEO

General-leytenant Əfqan Nağıyev ilk dəfə döyüşlərdən danışdı – VİDEO

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev ilk dəfə Vətən Müharibəsində gedən döyüşlərdən danışıb.

Belə ki, “Xəzər TV”də yayımlanan “Qisas qiyamətə qalmadı” sənədli filmində danışan general, hərb tarixində görülməyən taktiki gedişdən söz açıb.

O, düşmənin hava hücumundan müdafiə sistemlərinin necə məhv edilməsini açıqlayıb.

Qeyd edək ki, Əfqan Nağıyev ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmişdi. O, həbsindən 3 ay sonra, ötən ilin avqustun əvvəlində barəsindəki həbs qərarı ev dustaqlığı ilə dəyişdirilərək azadlığa buraxılmışdı. Bunun ardınca barəsindəki cinayət işinə xitam verilmişdi.

Əfqan Nağıyev Vətən Müharibəsində bir çox strateji yüksəkliklərin azad edilməsi əməliyyatına rəhbərlik edib. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Nağıyevə “Qarabağ” ordeni verilib. O, Cəbrayılın və Zəngilanın azad edilməsinə görə medalları ilə də təltif edilib. Hazırda DSX-nin rəisi müavini kimi fəaliyyətini davam etdirir.

https://ok.ru/videoembed/2825302706794

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …