Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Füzuli istiqamətində mina partladı, əsgərimiz şəhid oldu

Füzuli istiqamətində mina partladı, əsgərimiz şəhid oldu

Qarabağda, qoşunların təmas xəttinin Füzuli rayonu istiqamətində Azərbaycan ordusunun əsgəri mina partlayışı nəticəsində şəhid olub.

Virtualaz.org xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə, o cümlədən “Vkontakte” sosial şəbəkəsindəki “Hərbi xəbərlər” qrupunda yayılıb.

Məlumata əsasən 12.04.2018-ci il tarixində Hərbi Xidmətə çağrılan 07.04.2000 təvəllüdlü Cəlilabad rayon Musalı kənd sakini  (Həmin rayondan hərbi xidmətə çağırılıb) Mayılzadə Məhərrəm Qafar oğlu ötən gün aprelin 11-də  N saylı hərbi hissədə xidmət aparan zaman şəhid olub. 

Faktı Musalı kənd inzibati ərazi dairəsinin tabe olduğu Ləkin kənd bələdiyyəsinin sədri Asif Quliyev təsdiqləyib. O, bildirib ki, Qafar Mayılzadə hərbi hissədə xidmət aparan zaman minaya düşüb. Məlumata görə cəbhədən kəndin inzibati ərazi vahidi üzrə nümayəndəsinin müvaininə zəng edilərək şəhidin nəşinin bu gün günorta saatlarında Cəlilabad rayonuna gətiriləcəyi bildirilib.

Son məlumata görə şəhidin cənazəsi artıq doğulduğu kəndə gətirilib. Kənd əhalisi uşaqdan tutmuş böyüyə qədər şəhidi əllərində bayraqlarla qarşılayıb, dəfn mərasimində yüzlərlə insan iştirak edib.

Müdafiə Nazirliyi bu hadisə barədə hələlik rəsmi məlumat yaymayıb.V

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …