Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri / FHN saatda 1500 kv metr ərazini minadan təmizləyə bilən robotlar aldı

FHN saatda 1500 kv metr ərazini minadan təmizləyə bilən robotlar aldı

Yeni mina təmizləyici robotların əsas göstəricisi odur ki, bir saat ərzində 1500 kvadratmetr ərazini minalardan təmizləyə bilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Pirotexnika və İstehkam Şöbəsinin rəisinin köməkçisi, baş leytenant Anar Bayramov deyib.

Anar Bayramovun sözlərinə görə, sözügedən mina təmizləyici robotlar uzaq məsafədən idarəetmə qabiliyyətinə malikdir.

“İsveçrə istehsalı və “GCS (Global Clearance Solutions) şirkətinin məhsulu olan mina təmizləyici robotun əsas göstəricisi odur ki, 500 metrlik məsafədən tam, 200 metrlik məsafədən isə qıraqdan iradə edilmə pultuna malikdir. İki kovuşdan ibarətdir: biri piyada əleyhinə minadan təmizləmə üçün, digəri isə tank əleyhinə olan minalardan təmizləmək üçün istifadə edilə bilir. Robotun ən əsas xüsusiyyətlərindən biri odur ki, bir saat ərzində 1500 kvadrat metr ərazini minalardan təmizləyə bilir. Bir robotu idarə etmək üçün bir istehkamçı, bir mexanik və bir qrup rəhbəri olur. Ərazidə partlayış baş verdiyi anda robot dayandırılır, hansı hissə zədə görübsə, o hissə bərpa edilir, ardından robot öz işinə davam edir. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni bu tip partlayış zamanı yalnız robotun qarşısındakı zədələnə bilər, digər hissələr heç bir zədə görmür”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot alınıb.

Bu barədə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olarkən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən alınan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …