Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistanın Kəlbəcərdəki təxribatının təfərrüatı açıqlandı – Foto

Ermənistanın Kəlbəcərdəki təxribatının təfərrüatı açıqlandı – Foto

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqeləri atəşə tutulub, nəticədə bir hərbi qulluqçumuz, gizir Telman Yaqublu şəhid olub.

Caliber.az sərhəddə baş verən təxribatın təfərrüatlarını açıqlayıb.

Məlum olub ki, saat 16:00 radələrində Basarkeçərdə yerləşən erməni postuna 2 mülkü avtomobil yaxınlaşıb. Maşınlarla gələn erməni “volontyorları” hərbçilərlə dialoqa giriblər. Az sonra yaxınlıqda yerləşən postumuza atəş açılıb və gizir Telman Yaqublu snayper gülləsinə tuş gəlib.

Cavab atəşi ilə təxribatı törədən erməni postu məhv edilib: erməni tərəfində ölən və yaralananlar var.

Ermənistanın Kəlbəcərdəki təxribatının təfərrüatı açıqlandı - Foto

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …